• Home  
  • Gürcüstanın Bağdati bələdiyyəsində güclü yağış bir sıra fəsadlar yaradıb
- Dünya - Gündəm - Hadisə

Gürcüstanın Bağdati bələdiyyəsində güclü yağış bir sıra fəsadlar yaradıb

Gürcüstanın İmereti bölgəsində yerləşən Bağdati bələdiyyəsində güclü yağış nəticəsində yollar, evlərin həyətləri və əkin sahələri su altında qalıb. Əks-səda xəbər verir ki, bu barədə Bağdati Bələdiyyəsi məlumat yayıb. Bildirilib ki, yağış həm Bağdati şəhərində, həm də bələdiyyəyə daxil olan kəndlərdə yollara ziyan vurub. Hazırda meriyanın aidiyyəti şöbələri, Bağdati Bələdiyyəsinin İctimai İşlər Departamentinin, təmizlik və kommunal xidmətlərin […]

Hadisə

Gürcüstanın İmereti bölgəsində yerləşən Bağdati bələdiyyəsində güclü yağış nəticəsində yollar, evlərin həyətləri və əkin sahələri su altında qalıb.

Əks-səda xəbər verir ki, bu barədə Bağdati Bələdiyyəsi məlumat yayıb.

Bildirilib ki, yağış həm Bağdati şəhərində, həm də bələdiyyəyə daxil olan kəndlərdə yollara ziyan vurub.

Hazırda meriyanın aidiyyəti şöbələri, Bağdati Bələdiyyəsinin İctimai İşlər Departamentinin, təmizlik və kommunal xidmətlərin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Bələdiyyə meri, müavinləri, Sakrebulonun sədri və ərazi nümayəndələri yağışdan zərər çəkən sakinlərin vəziyyəti ilə tanış olur və onlara yardım göstərirlər.

Güclü yağışın vurduğu ziyanın həcmini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılacaq.

Meriyanın yaydığı açıqlamada sakinlərə ehtiyatlı olmaq və zərurət yaranmadıqca evdən çıxmamaq tövsiyə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.