• Home  
  • Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı olub
- Dünya - Gündəm - Siyasət

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı olub

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub. Əks-səda xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb. Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb. “Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib”, – məlumatda qeyd olunub. […]

Siyasət

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub.

Əks-səda xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.

Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb.

“Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib”, – məlumatda qeyd olunub.

Ölkə hökuməti milli matəm elan edib və bu, V Haraldın dəfn mərasimi başa çatana qədər davam edəcək.

V Harald 89 yaşında Oslonun “Rikshospitale” universitet xəstəxanasında vəfat edib.

Medianın məlumatına görə, kralın ölümü ilə əlaqədar Oslo meri Anne Lindbo cümə günü baş tutmalı olan toyunu təxirə salıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.