• Home  
  • Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib
- Dünya - Gündəm - Hadisə

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sözügedən yanğınların 5-i hələ də aktivdir, 2-si isə nəzarət altında saxlanılır. Məlumata görə, hazırda 481 fövqəladə hallar əməkdaşı və 44 yanğınsöndürən texnika əraziyə cəlb olunub. Yerli qüvvələrin işini gücləndirmək məqsədilə ordu Silahlı […]

Dünya

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən yanğınların 5-i hələ də aktivdir, 2-si isə nəzarət altında saxlanılır.

Məlumata görə, hazırda 481 fövqəladə hallar əməkdaşı və 44 yanğınsöndürən texnika əraziyə cəlb olunub.

Yerli qüvvələrin işini gücləndirmək məqsədilə ordu Silahlı Qüvvələrin 105 hərbçisini, 2 xüsusi yanğınsöndürmə texnikasını, 3 helikopteri və 1 “Air Tractor” təyyarəsini əməliyyatlara cəlb edib.

Hazırda aktiv meşə yanğınları əsasən Tirana və Diber bölgələrində qeydə alınır.

Dajti dağında yenidən aktivləşən üç yanğın ocağının söndürülməsi istiqamətində əməliyyatlar aparılır. Əraziyə 25 yanğınsöndürən və Silahlı Qüvvələrin 20 əməkdaşı cəlb edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.