• Home  
  • Putin Rusiya hökumətində kadr dəyişiklikləri edib
- Dünya - Gündəm - Siyasət

Putin Rusiya hökumətində kadr dəyişiklikləri edib

Rusiya Prezidenti Vladimir Putin hökumətdə kadr dəyişiklikləri edib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Prezident Vladimir Putin Andrey Nikitini tutduğu nəqliyyat naziri vəzifəsindən azad edərək, onun Rusiya Baş nazirin müavini təyin edilməsi haqqında fərman imzalayıb. Dmitri Yadrov nəqliyyat naziri təyin edilib. V.Putin həmçinin Baş nazirin sabiq müavini – Yuri Trutnevin […]

Rusiya Prezidenti Vladimir Putin hökumətdə kadr dəyişiklikləri edib.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Prezident Vladimir Putin Andrey Nikitini tutduğu nəqliyyat naziri vəzifəsindən azad edərək, onun Rusiya Baş nazirin müavini təyin edilməsi haqqında fərman imzalayıb. Dmitri Yadrov nəqliyyat naziri təyin edilib.

V.Putin həmçinin Baş nazirin sabiq müavini – Yuri Trutnevin öz köməkçisi vəzifəsinə təyin edilməsi barədə fərman imzalayıb.

İrina Okladnikova Baş nazirin müavini – hökumət aparatının rəhbəri vəzifəsinə təyin edib.

Oleq Kojemyako Baş nazirin müavini – Rusiya Prezidentinin Uzaq Şərqdəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Anton Siluanov maliyyə naziri postunu özündə saxlayaraq Baş nazirin müavini təyin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.