• Home  
  • Odessada valideynlərini öldürüb qardaşını yaralayan şəxs intihar edib
- Dünya - Gündəm - Hadisə

Odessada valideynlərini öldürüb qardaşını yaralayan şəxs intihar edib

Odessada 50 yaşlı kişi valideynlərini güllələyib qardaşını yaraladıqdan sonra intihar edib. Əks-səda xəbər verir ki, bu barədə “RBK-Ukraina” Odessa vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Hadisə avqustun 29-da, şənbə günü şəhərin Kiyev rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi ov tüfəngindən istifadə edib. Onun valideynləri həlak olub, yaralı qardaşı isə xəstəxanaya yerləşdirilib. Polis […]

Hadisə

Odessada 50 yaşlı kişi valideynlərini güllələyib qardaşını yaraladıqdan sonra intihar edib.

Əks-səda xəbər verir ki, bu barədə “RBK-Ukraina” Odessa vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hadisə avqustun 29-da, şənbə günü şəhərin Kiyev rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi ov tüfəngindən istifadə edib. Onun valideynləri həlak olub, yaralı qardaşı isə xəstəxanaya yerləşdirilib. Polis gəldikdən sonra kişi özünü güllələyib.

Hadisə yerində müstəntiqlər, kriminalistlər və əməliyyatçılar çalışır.

Faktla bağlı iki və daha çox şəxsin qəsdən öldürülməsi maddəsi ilə istintaq başladılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.