Amsterdamın mərkəzi vağzalında bıçaqlanma hadisəsi baş verib, nəticədə dörd nəfər yaralanıb.
Əks-səda bu barədə yerli “HLN” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hadisə şənbə günü axşam yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 21:30-da) baş verib.
Naməlum şəxs Amsterdamın mərkəzi vağzalında yoldan ötənlərə bıçaqla hücum edib və onlardan üçünü yaralayıb, şübhəlinin özü də xəsarət alıb. Zərərçəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat yoxdur.
Hücumun motivləri müəyyənləşdirilir.


