İtaliyanın Yezolo kurort şəhərinin sahillərində, Adriatik dənizində iyirmi metrlik yaxta yanıb, göyərtədə olan on nəfər təxliyə edilib.
Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Xilasetmə əməliyyatında liman xidməti iştirak edib. Yanğının söndürülməsi üçün helikopter də cəlb olunub.
Yanğının səbəbi hələlik bildirilmir. Dənizə yanacaq dağılması təhlükəsi var. Liman xidmətləri akvatoriyanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər görür.


