• Home  
  • Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
- Dünya - Gündəm - Hadisə

Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub

Böyük Britaniya tərəfindən “narkotik maddə ticarəti” cinayətinə görə beynəlxalq səviyyədə axtarılan şübhəlinin ələ keçirilməsi üçün İstanbul Təhlükəsizlik İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul İdarəsi birgə iş aparıb. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, aparılan araşdırmada şübhəlinin yeri müəyyən edilib. Polis və MİT-in birgə keçirdiyi əməliyyatda şübhəli Mohammed A.K. (39) saxlanılıb. […]

Hadisə

Böyük Britaniya tərəfindən “narkotik maddə ticarəti” cinayətinə görə beynəlxalq səviyyədə axtarılan şübhəlinin ələ keçirilməsi üçün İstanbul Təhlükəsizlik İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul İdarəsi birgə iş aparıb.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, aparılan araşdırmada şübhəlinin yeri müəyyən edilib.

Polis və MİT-in birgə keçirdiyi əməliyyatda şübhəli Mohammed A.K. (39) saxlanılıb.

Saxlanılan şəxs polis dindirməsindən sonra İngiltərəyə aparılması üçün Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.