• Home  
  • Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var
- Dünya - Gündəm - Hadisə

Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var

Avqustun 30-na keçən gecə Çikaqoda (İllinoys ştatı) baş vermiş kütləvi atışma nəticəsində ən azı bir nəfər həlak olub, daha doqquz nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb. Telekanalın məlumatına görə, avqustun 29-da yerli vaxtla 23:37 radələrində polis toplaşan insan kütləsini dağıtmaq üçün şəhərin cənubundakı Vaşinqton-park ərazisinə gəlib. Bu zaman […]

Hadisə

Avqustun 30-na keçən gecə Çikaqoda (İllinoys ştatı) baş vermiş kütləvi atışma nəticəsində ən azı bir nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.

Telekanalın məlumatına görə, avqustun 29-da yerli vaxtla 23:37 radələrində polis toplaşan insan kütləsini dağıtmaq üçün şəhərin cənubundakı Vaşinqton-park ərazisinə gəlib. Bu zaman atəş səsləri eşidilib.

Nəticədə 10 nəfər yaralanıb. 35 yaşlı qadın aldığı yaralardan xəstəxanada vəfat edib.

Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi barədə məlumat hələlik daxil olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.