• Home  
  • Rusiya “Ukrayna Dəmir Yolları”nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Rusiya “Ukrayna Dəmir Yolları”nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib, hücumlar nəticəsində altısı “Ukrayna Dəmir Yolları”nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “Facebook”da UDY-nin rəhbəri Aleksandr Pertsovski məlumat paylaşıb. Onun sözlərinə görə, hədəf əvvəlcədən müəyyənləşdirilib, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib, ona lazımi yardım […]

Hadisə

Çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib, hücumlar nəticəsində altısı “Ukrayna Dəmir Yolları”nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə “Facebook”da UDY-nin rəhbəri Aleksandr Pertsovski məlumat paylaşıb.

Onun sözlərinə görə, hədəf əvvəlcədən müəyyənləşdirilib, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib, ona lazımi yardım göstərilir.

Şirkət rəhbəri genişmiqyaslı dağıntılar barədə danışıb: deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər.

Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.