• Home  
  • AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq
- Gündəm - Idman - Ölkə

AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında pley-off matçına çıxacaq. Əks-səda xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gələcək. Qarşılaşma İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını […]

İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında pley-off matçına çıxacaq.

Əks-səda xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gələcək.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.