• Home  
  • ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
- Dünya - Gündəm - Hadisə

ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib

İranın cənub-qərbində yerləşən Əhvaz şəhərinin ətrafı ABŞ-nin raket zərbəsinə məruz qalıb. Əks-səda xəbər verir ki, bu barədə Huzistan əyalətinin qubernator müavini Vəlialla Hayati İRNA agentliyinə müsahibəsində bildirib. O, qeyd edib ki, Əhvaz şəhəri yaxınlığındakı hədəfə raket zərbəsi endirilib. Mümkün zərərin miqyası barədə ətraflı məlumat daha sonra açıqlanacaq. Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir […]

İranın cənub-qərbində yerləşən Əhvaz şəhərinin ətrafı ABŞ-nin raket zərbəsinə məruz qalıb.

Əks-səda xəbər verir ki, bu barədə Huzistan əyalətinin qubernator müavini Vəlialla Hayati İRNA agentliyinə müsahibəsində bildirib.

O, qeyd edib ki, Əhvaz şəhəri yaxınlığındakı hədəfə raket zərbəsi endirilib. Mümkün zərərin miqyası barədə ətraflı məlumat daha sonra açıqlanacaq.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib. “Press TV” telekanalının məlumatına görə, cənub sahillərində, Qeşm adasında və bir neçə şəhərdə partlayışlar baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.