İngiltərənin “Tottenhem” klubu Londonun digər təmsilçisi “Çelsi”dən müdafiəçi Tosin Adarabioyonu və yarımmüdafiəçi Mixail Mudriki heyətinə qatıb.
Əks-səda London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı ingiltərəli müdafiəçi ilə tamhüquqlu, 25 yaşlı ukraynalı yarımmüdafiəçi ilə mövsümün sonunadək icarə müqaviləsi imzalanıb.
M.Mudrikin keçidində 75 milyon funt-sterlinq qarşılığında satınalma şərti nəzərdə tutulub. Ukraynalı futbolçu antidopinq qaydalarını pozduğuna görə aldığı cəza səbəbindən 2024-cü ildən meydana çıxmayıb.
Qeyd edək ki, T.Adarabioyo 2024-cü ildən şərəfini qoruduğu “Çelsi”nin heyətində keçirdiyi 77 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. M.Mudrik isə London klubunda forma geyindiyi 73 qarşılaşmada 10 dəfə fərqlənib, 11 məhsuldar ötürmə müəllifi olub.


