Misirdə, Sinay yarımadasının cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 16 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb.
Əks-səda “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza Dahab-Nuveyba yolunda baş verib. Hadisənin digər təfərrüatları və zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki, Sinay yarımadasının cənub hissəsi turistlər arasında populyardır.


