Almaniyanın Auqsburq şəhərinin Mərkəzi Dəmiryol Vağzalı yaxınlığında bu gün səhər saatlarında baş verən güclü partlayışla bağlı genişmiqyaslı əməliyyat keçirilir.
Əks-səda Almaniya mediasına istinadən xəbər verir ki, partlayış Banhofştrasse küçəsində, Auqsburqun baş dəmiryol vağzalı ilə üzbəüz yerləşən VR bankının ərazisində baş verib.
İlkin məlumata görə, iki nəfər yüngül xəsarətlər alıb.
Partlayışın səbəbi hələ ki, müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.


