• Home  
  • ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
- Dünya - Gündəm - Hadisə

ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən bu ölkə ilə əlaqəli, İran limanlarına gedən və ya oradan çıxan 86 ticarət gəmisini saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadası ilə bağlı tələbləri ciddi şəkildə yerinə […]

Hadisə

ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən bu ölkə ilə əlaqəli, İran limanlarına gedən və ya oradan çıxan 86 ticarət gəmisini saxlayıb.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadası ilə bağlı tələbləri ciddi şəkildə yerinə yetirməyə davam edir. Sentyabrın 2-nə olan məlumata görə, ABŞ qüvvələri blokadanın icrasını təmin etmək məqsədilə 86 kommersiya gəmisinin istiqamətini dəyişib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmidə yoxlama aparıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.