2026-cı ildə “Formula 1” Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Əks-səda xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd olunub ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.


