• Home  
  • Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib. Əks-səda xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub. Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın […]

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib.

Əks-səda xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 334 ton taxta göndərilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.