ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Əks-səda xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən xəbər verib.
Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb.
Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı ildə keçirilməsi planlaşdırılan İsrail parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonraya təsadüf edib.
Bundan əlavə, görüş Vaşinqton və Təl-Əviv arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı danışıqların aparıldığı bir vaxta təsadüf edib.


