• Home  
  • “Qarabağ”ın futbolçusu Kadi Borges 3 oyunluq cəzalandırılıb
- Gündəm - Idman - Ölkə

“Qarabağ”ın futbolçusu Kadi Borges 3 oyunluq cəzalandırılıb

“Qarabağ”ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan “Sumqayıt” – “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 […]

İdman

“Qarabağ”ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb.

Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan “Sumqayıt” – “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” klubu 5 000 manat cərimələnib.

III turun “Zirə” – “Neftçi” matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan “Neftçi”nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən “Neftçi” daha 2 000 manat cərimə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.