İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Əks-səda xəbər verir ki, spirtli içki qəbul edən 13 nəfər xəstəxanaya yerləşdirilib.
Onlarda vəziyyəti ağır olan yeddi nəfər homodializ aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.


