• Home  
  • Trampı təhdid edən Los-Anceles sakini saxlanılıb
- Cəmiyyət - Dünya - Gündəm - Hadisə

Trampı təhdid edən Los-Anceles sakini saxlanılıb

Los-Anceles sakini Benjamin Azariya Sautvort ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələmə, kiber təqib, həmçinin prezidentin şəxsi vəkili və onun ailəsini təqib etmə ittihamları ilə saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Kaliforniyanın prokuror aparatı məlumat yayıb. Qurumun məlumatına görə, Sautvort Trampa və onun tərəfdarlarına hədə-qorxu gəlmək və nifrət bildirmək üçün “YouTube”, “Instagram” və “TikTok” hesablarından, həmçinin […]

Hadisə

Los-Anceles sakini Benjamin Azariya Sautvort ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələmə, kiber təqib, həmçinin prezidentin şəxsi vəkili və onun ailəsini təqib etmə ittihamları ilə saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə Kaliforniyanın prokuror aparatı məlumat yayıb.

Qurumun məlumatına görə, Sautvort Trampa və onun tərəfdarlarına hədə-qorxu gəlmək və nifrət bildirmək üçün “YouTube”, “Instagram” və “TikTok” hesablarından, həmçinin öz saytından istifadə edib.

İttihamlar federal böyük andlılar heyəti tərəfindən təsdiq edilmiş üç bənd üzrə irəli sürülüb.

Təqsirli bilinəcəyi təqdirdə, Sautvortu ümumilikdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.