• Home  
  • İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
- Dünya - Gündəm - Hadisə

İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər

İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS hərəkatının hərbi qanadının komandirini öldürüblər. Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Ordusu yeddi vətəndaşın girov saxlanılmasında iştirak etmiş HƏMAS-ın hərbi qanadının komandiri Mahmud Əbdülfəttah Əvadı zərərsizləşdirib”, – məlumatda bildirilib. Qeyd olunub ki, o, son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar planlaşdırır, eləcə də […]

Hadisə

İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS hərəkatının hərbi qanadının komandirini öldürüblər.

Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Ordusu yeddi vətəndaşın girov saxlanılmasında iştirak etmiş HƏMAS-ın hərbi qanadının komandiri Mahmud Əbdülfəttah Əvadı zərərsizləşdirib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, o, son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar planlaşdırır, eləcə də HƏMAS-ın döyüş potensialının bərpası ilə məşğul olurdu.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.