Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib.
Əks-səda xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə, Anar Keykavus oğlu Əcəmov isə Niderlandda fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.


