Hörmüz boğazında “MV Cape Dao” quru yük gəmisinə mərmilərin dəyməsi nəticəsində bir nəfər həlak olub.
Əks-səda xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Antiqua və Barbuda bayrağı altında üzən gəmi Oman yaxınlığındakı Hörmüz boğazından keçməklə BƏƏ-nin Mina-Səqr limanından Hindistana gedirmiş.
Quru yük gəmisinin sol bortuna iki torpedo dəyərək yaşayış bölməsini və maşın şöbəsinin bir hissəsini zədələyib. Gəmidə 28 nəfər olub, onlardan 20-si Hindistan vətəndaşıdır. Həlak olan şəxs hindistanlı olub. Ekipajın digər üzvləri təxliyə edilib.
Torpedoların kim tərəfindən atıldığı barədə məlumat verilmir.


