Almaniyanın “Isar Aerospace” şirkəti Norveçin Andöya kosmodromundan Spectrum daşıyıcı raketini uğurla buraxıb. Bununla da özəl şirkət tərəfindən hazırlanmış raket ilk dəfə kontinental Avropadan orbitə çıxarılıb.
Əks-səda xəbər verir ki, bu barədə Isar Aerospace “X” sosial şəbəkəsində məlumat verib.
“DPA”nın məlumatına görə, raket yerli vaxtla saat 22:12-də Andöya kosmodromundan buraxılıb. Təxminən 10 dəqiqə sonra Spectrum maksimal rabitə məsafəsini keçdikdən sonra Yerlə videorabitə kəsilib.
Bu, Spectrum raketinin ikinci sınaq buraxılışı olub. 2025-ci ilin martında bu tip ilk raket buraxılışdan qısa müddət sonra dənizə düşüb.

