• Home  
  • Ronaldu “Əl-Nəsr”lə mövsümdə ilk məğlubiyyətini alıb
- Dünya - Gündəm - Idman

Ronaldu “Əl-Nəsr”lə mövsümdə ilk məğlubiyyətini alıb

Beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının beşinci turunda “Əl-İttihad”a 1:2 hesabı ilə uduzaraq cari mövsümdə ilk məğlubiyyətini alıb. Əks-səda xəbər verir ki, 41 yaşlı Ronaldu matçın sonuna qədər meydanda olub, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb. “Əl-Nəsr” Səudiyyə Ərəbistanının hazırkı çempionudur. Beş turdan sonra komanda 12 xalla turnir cədvəlinin ikinci pilləsində […]

İdman

Beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının beşinci turunda “Əl-İttihad”a 1:2 hesabı ilə uduzaraq cari mövsümdə ilk məğlubiyyətini alıb.

Əks-səda xəbər verir ki, 41 yaşlı Ronaldu matçın sonuna qədər meydanda olub, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanının hazırkı çempionudur. Beş turdan sonra komanda 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-İttihad” isə 11 xalla dördüncü sırada yer alıb.

Növbəti turda “Əl-İttihad” sentyabrın 8-də “Əl-Feyha”nı qəbul edəcək, “Əl-Nəsr” isə sentyabrın 9-da doğma meydanda “Abha” ilə qarşılaşacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.