• Home  
  • BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
- Cəmiyyət - Gündəm - Manşet - Ölkə

BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Əks-səda xəbər verir ki, müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub. “Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, […]

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Əks-səda xəbər verir ki, müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub.

“Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinilməli, avtomobilin işıq cihazlarından düzgün istifadə edilməlidir”, – müraciətdə bildirilib.

Eyni zamanda, piyadalardan da yollarda xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub:

“Yağışlı havada görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin dayanma məsafəsinin artmasına səbəb ola bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalı və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.

Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq”, – məlumatda qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.