• Home  
  • Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb
- Dünya - Gündəm - Hadisə

Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb

Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və lil axını nəticəsində azı iki nəfər ölüb, daha 10 nəfər itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Palçıq-daş axını sentyabrın 5-də səhər saatlarında Tsyan şəhər dairəsinin Suyçuan qəzasında yerləşən yaşayış məntəqələrindən birində baş verib. Daha əvvəl bir nəfərin öldüyü bildirilib. Palçıq və lil […]

Hadisə

Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və lil axını nəticəsində azı iki nəfər ölüb, daha 10 nəfər itkin düşüb.

Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Palçıq-daş axını sentyabrın 5-də səhər saatlarında Tsyan şəhər dairəsinin Suyçuan qəzasında yerləşən yaşayış məntəqələrindən birində baş verib. Daha əvvəl bir nəfərin öldüyü bildirilib.

Palçıq və lil axını səkkiz evi tamamilə dağıdıb, daha dörd evə isə cüzi ziyan dəyib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.