• Home  
  • Bosniyada başlayan meşə yanğınları Xorvatiyaya keçib
- Dünya - Gündəm - Hadisə

Bosniyada başlayan meşə yanğınları Xorvatiyaya keçib

Bosniya və Herseqovinanın bir sıra ərazilərində meşə yanğınları davam edir. Əks-səda xəbər verir ki, Bihaç şəhəri yaxınlığındakı Plyeşevitsa dağında günlərdir davam edən yanğın güclü küləyin təsiri ilə qonşu Xorvatiyaya keçib. Yanğınlarla mübarizəyə Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri cəlb olunub. Helikopterlər Bihaç, Kalesiya, Drvar və Prozor-Rama ərazilərində əməliyyatlara dəstək verir. Müdafiə naziri Zukan Helezin göstərişi ilə həyata […]

Hadisə

Bosniya və Herseqovinanın bir sıra ərazilərində meşə yanğınları davam edir.

Əks-səda xəbər verir ki, Bihaç şəhəri yaxınlığındakı Plyeşevitsa dağında günlərdir davam edən yanğın güclü küləyin təsiri ilə qonşu Xorvatiyaya keçib.

Yanğınlarla mübarizəyə Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri cəlb olunub. Helikopterlər Bihaç, Kalesiya, Drvar və Prozor-Rama ərazilərində əməliyyatlara dəstək verir.

Müdafiə naziri Zukan Helezin göstərişi ilə həyata keçirilən əməliyyatlarda təxminən 30 hərbçi də iştirak edir.

Prozor-Rama bölgəsində Raduşa dağındakı yanğın yaşayış məntəqələrinə doğru yayılır. Mostar, Konits, Çaplinya və digər ərazilərdə də yanğınlar qeydə alınıb.

Xorvatiyada isə yanğının söndürülməsinə Qospiç və Otokaçdan olan briqadalar və meşə təsərrüfatı əməkdaşları cəlb edilib. Yanğının havadan qiymətləndirilməsi və “Canadair” təyyarələrinin istifadəsi imkanları nəzərdən keçirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.