• Home  
  • Cənubi Afrikada kütləvi atışma nəticəsində 17 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Cənubi Afrikada kütləvi atışma nəticəsində 17 nəfər ölüb

Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqindəki barda baş verən kütləvi atışmada azı 17 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “The Independent” milli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Yohannesburqdan 80 km cənub-qərbdə, Qautenq əyalətinin Vedela qəsəbəsində baş verib. “AK-47″ avtomatları və tapançaları olan səkkiz naməlum şəxsdən ibarət qrup məkana soxularaq atəş açıb. Atışma nəticəsində […]

Hadisə

Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqindəki barda baş verən kütləvi atışmada azı 17 nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə “The Independent” milli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Yohannesburqdan 80 km cənub-qərbdə, Qautenq əyalətinin Vedela qəsəbəsində baş verib.

“AK-47″ avtomatları və tapançaları olan səkkiz naməlum şəxsdən ibarət qrup məkana soxularaq atəş açıb. Atışma nəticəsində dördü qadın olmaqla, 17 nəfər həlak olub, 15 nəfər yaralanıb”, – məlumatda deyilir.

Polisin məlumatına görə, hücum edənlər qurbanların mobil telefonlarını oğurlayıb, həmçinin iki avtomobili yandırıblar. Bundan sonra onlar hadisə yerindən qaçıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.