• Home  
  • Narkokartelin istifadə etdiyi gəmi Sakit okeanda batırılıb
- Dünya - Gündəm - Hadisə

Narkokartelin istifadə etdiyi gəmi Sakit okeanda batırılıb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Çoneros” narkokartelinin maraqları naminə istifadə olunan gəmini ələ keçirərək batırıblar. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb. “İstintaq məlumatları təsdiqləyib ki, gəmidən qəddar narkoterror təşkilatı “Los Çoneros”un maraqları naminə istifadə olunub. Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil veriləcək. Yoxlama […]

Hadisə

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Çoneros” narkokartelinin maraqları naminə istifadə olunan gəmini ələ keçirərək batırıblar.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

“İstintaq məlumatları təsdiqləyib ki, gəmidən qəddar narkoterror təşkilatı “Los Çoneros”un maraqları naminə istifadə olunub. Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil veriləcək. Yoxlama aparıldıqdan və ekipaj üzvləri gəmidən çıxarıldıqdan sonra ABŞ Silahlı Qüvvələri gəmini batırıb”, – paylaşımda bildirilib.

ABŞ tərəfinin versiyasına görə, gəmi narkokartel tərəfindən üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.