• Home  
  • İranda benzinin qiyməti iki dəfə artırılıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

İranda benzinin qiyməti iki dəfə artırılıb

İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə artıraraq 1 litr üçün 50 min rialdan 100 min riala çatdırıb. Əks-səda xəbər verir ki, bu barədə sentyabrın 8-də dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb. Bununla yanaşı, ilk iki kateqoriya üzrə qiymətlər dəyişməyib və müvafiq olaraq 1 litr üçün 15 min və 30 min rial […]

İqtisadiyyat

İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə artıraraq 1 litr üçün 50 min rialdan 100 min riala çatdırıb.

Əks-səda xəbər verir ki, bu barədə sentyabrın 8-də dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Bununla yanaşı, ilk iki kateqoriya üzrə qiymətlər dəyişməyib və müvafiq olaraq 1 litr üçün 15 min və 30 min rial olaraq qalıb.

Qiymət artımı yanacaq kartındakı bütün limitlər başa çatdıqdan sonra tətbiq olunan üçüncü tarif qrupuna şamil edilir. Əvvəllər bu tarif üzrə benzinin 1 litri 50 min riala satılırdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.