• Home  
  • “Qarabağ” Mateuş Koxalskinin gedişini açıqlayıb
- Gündəm - Idman - Ölkə

“Qarabağ” Mateuş Koxalskinin gedişini açıqlayıb

“Qarabağ” polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb. Əks-səda xəbər verir ki, “köhlən atlar” Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb. Komandalar arasında danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub. 2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA […]

İdman

“Qarabağ” polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.

Əks-səda xəbər verir ki, “köhlən atlar” Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.

Komandalar arasında danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “top-3″də qərarlaşıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.