• Home  
  • “Mançester Yunayted” – “Sabah” matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
- Gündəm - Idman - Ölkə

“Mançester Yunayted” – “Sabah” matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq. Əks-səda xəbər verir ki, əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib. 10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub. İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA […]

İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq.

Əks-səda xəbər verir ki, əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib.

10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub.

İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib – 3:1, 1:0.

“Qarabağ” ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin “Çelsi” komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə uduzub.

“Köhlən atlar” 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində “Arsenal”la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb – 0:3, 0:1.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviniblər.

Azərbaycan təmsilçisi ötən ilin noyabrında Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Çelsi” ilə heç-heçə edib – 2:2. Ardınca İngiltərədə “Liverpul”a 6 cavabsız qolla yenilən komanda Liqa mərhələsindən pley-offa vəsiqə qazanıb və burada da İngiltərə klubu ilə üz-üzə gəlib.

Bakıda “Nyukasl”a 1:6 hesabı ilə uduzan “Qarabağ” İngiltərədə də məğlubiyyətdən qaça bilməyib – 2:3.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.