• Home  
  • İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Gündəm - KriminaI - Ölkə

İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb. Sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan […]

Hadisə

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

Sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.