• Home  
  • “İsgəndər-M” ballistik raketi Ukraynada fərdi evə düşüb, ölənlər var
- Dünya - Gündəm - Hadisə

“İsgəndər-M” ballistik raketi Ukraynada fərdi evə düşüb, ölənlər var

Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb. Kiyevdə yanğın baş verib, “Poçayna” metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə […]

Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb.

Kiyevdə yanğın baş verib, “Poçayna” metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə məlumat verib.

Kiyev Şəhər Hərbi Administrasiyası bir nəfərin həlak olduğunu açıqlayıb.

Kütləvi hava hücumu nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub. Rusiyanın Voronej vilayəti ərazisindən atılmış “İsgəndər-M” ballistik raketi Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb.

Zərbə nəticəsində altı nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.