• Home  
  • Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
- Gündəm - Hadisə - Ölkə

Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb

Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb. Əks-səda xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, “KİA” markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub. Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları […]

Hadisə

Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.

Əks-səda xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, “KİA” markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.

Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.