• Home  
  • İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
- Dünya - Gündəm - Idman

İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub

“Brayton”un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında (EPL) ən uzun məsafədən qol vurub. Əks-səda bu barədə “Opta” statistika portalına istinadən xəbər verir. “Brayton” bazar günü İngiltərə Premyer Liqasının VII turunda “Kristal Pelas”ı 5:0 hesabı ilə darmadağın edib. Qomes matçın yeddinci dəqiqəsində meydanın orta xəttindən 51 metr məsafədən qol vurub. 2017-ci ilin noyabrında […]

“Brayton”un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında (EPL) ən uzun məsafədən qol vurub.

Əks-səda bu barədə “Opta” statistika portalına istinadən xəbər verir.

“Brayton” bazar günü İngiltərə Premyer Liqasının VII turunda “Kristal Pelas”ı 5:0 hesabı ilə darmadağın edib. Qomes matçın yeddinci dəqiqəsində meydanın orta xəttindən 51 metr məsafədən qol vurub.

2017-ci ilin noyabrında Ueyn Runi “Everton”un heyətində “Vest Hem”ə qarşı oyunda 58 metr məsafədən qol vurmuşdu.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.