Rusiya ordusu sentyabrın 9-da Ukraynaya hava hücumu zamanı, Moldova ilə sərhəddə daha bir keçid məntəqəsinə zərbə endirib.
Əks-səda xəbər verir ki, səhərə qədər davam edən dron hücumları zamanı “Starokazaçe” sərhəd keçid məntəqəsi vurularaq sıradan çıxarılıb.
Qeyd edək ki, bu, son bir ayda hücuma məruz qalan sayca üçüncü sərhəd keçid məntəqəsidir.


