Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı – 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.


