• Home  
  • PSJ-nin futbolçuları UEFA Çempionlar Liqasında yeni rekorda imza atıblar
- Dünya - Gündəm - Idman

PSJ-nin futbolçuları UEFA Çempionlar Liqasında yeni rekorda imza atıblar

Fransanın PSJ klubunun futbolçuları Ferran Torres və Fabian Ruis UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdiriblər. Əks-səda xarici mətbuata istinadən xəbər verir ki, oyunçular buna Liqa mərhələsinin I turunda Slovakiya təmsilçisi “Slovan”ı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olublar. Torres (3) və Ruis (1) birlikdə dörd qola imza atıblar. Bu, qitənin bir nömrəli klub turnirinin tarixində […]

İdman

Fransanın PSJ klubunun futbolçuları Ferran Torres və Fabian Ruis UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdiriblər.

Əks-səda xarici mətbuata istinadən xəbər verir ki, oyunçular buna Liqa mərhələsinin I turunda Slovakiya təmsilçisi “Slovan”ı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olublar.

Torres (3) və Ruis (1) birlikdə dörd qola imza atıblar. Bu, qitənin bir nömrəli klub turnirinin tarixində ispaniyalı futbolçuların qeyri-İspaniya komandasının heyətində 4 qol vurduğu ilk haldır.

Əvvəlki rekord üç qol idi. 2010-cu ildə Raul Qonsales və Xose Manuel Xurado “Şalke 04″də (Almaniya), 2013-cü ildə Fernando Torres və Xuan Mata “Çelsi”də (İngiltərə) üç qol vurublar. 2013-cü ildə Alvaro Neqroda “Mançester Siti”də (İngiltərə), 2016-cı ildə Lukas Peres “Arsenal”da (İngiltərə) het-trik etmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.