İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu açıqlayıb.
Əks-səda xəbər verir ki, bu barədə IRIB məlumat yaylb.
Onun sözlərinə görə, ABŞ ordusuna məxsus “Saildrone” adlı pilotsuz kəşfiyyat gəmisi Hörmüz boğazında hədəfə alınıb.
SEPAH komandanı bildirib ki, Hörmüz boğazı bağlanıb və İran qüvvələrinin kəşfiyyat nəzarəti və “ağıllı idarəetməsi” altındadır.
“İstənilən düşmənçilik xarakterli hərəkət hədəfə alınacaq”, – deyə Əzmayi vurğulayıb.


