• Home  
  • Britaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
- Dünya - Gündəm - Hadisə

Britaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Böyük Britaniyanın Uels inzibati ərazisində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Əks-səda polis açıqlamasına istinadən xəbər verir ki, qəza Qvineddə baş verib. “Şimali Uels polisi İngiltərədəki aerodromdan qalxan yüngül mühərrikli təyyarənin təyin olunmuş vaxtda Karnarvon hava limanına çatmadığı barədə məlumat alıb”, – hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir. Qeyd olunur ki, aerodromdan təxminən 60 km məsafədə […]

Böyük Britaniyanın Uels inzibati ərazisində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Əks-səda polis açıqlamasına istinadən xəbər verir ki, qəza Qvineddə baş verib.

“Şimali Uels polisi İngiltərədəki aerodromdan qalxan yüngül mühərrikli təyyarənin təyin olunmuş vaxtda Karnarvon hava limanına çatmadığı barədə məlumat alıb”, – hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir.

Qeyd olunur ki, aerodromdan təxminən 60 km məsafədə yerləşən çətin keçilən ərazidə başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki iki nəfərin meyitləri tapılıb.

Təyyarənin modeli və ölənlərin şəxsiyyətləri barədə əlavə məlumat açıqlanmır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.