• Home  
  • Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Gündəm - Hadisə - KriminaI - Ölkə

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8 min manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə […]

Hadisə

Bakının Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8 min manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.