• Home  
  • “Yuventus” Niko Qonsaleslə yeni müqavilə imzalayıb
- Dünya - Gündəm - Idman

“Yuventus” Niko Qonsaleslə yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” komandası yarımmüdafiəçisi Niko Qonsaleslə yeni müqavilə imzalayıb. Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı argentinalı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi 2024-cü ildən “Yuventus”un şərəfini qoruyur. O, ötən mövsümü icarə əsasında İspaniyanın “Atletiko” (Madrid) klubunda keçirib. N.Qonsales 2026/2027 mövsümündə bütün turnirlərdə meydana […]

İtaliyanın “Yuventus” komandası yarımmüdafiəçisi Niko Qonsaleslə yeni müqavilə imzalayıb.

Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı argentinalı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.

Yarımmüdafiəçi 2024-cü ildən “Yuventus”un şərəfini qoruyur. O, ötən mövsümü icarə əsasında İspaniyanın “Atletiko” (Madrid) klubunda keçirib.

N.Qonsales 2026/2027 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.