• Home  
  • “Elmlər Akademiyası”ndan “Həzi Aslanov”a ekspres marşrut fəaliyyətə başlayır
- Cəmiyyət - Gündəm - Ölkə

“Elmlər Akademiyası”ndan “Həzi Aslanov”a ekspres marşrut fəaliyyətə başlayır

“Bakı Metropoliteni” QSC-də xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, metronun “Elmlər Akademiyası” və […]

Cəmiyyət

“Bakı Metropoliteni” QSC-də xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.

Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Bildirilib ki, avtobusların “Elmlər Akademiyası” metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.