• Home  
  • ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb
- Dünya - Gündəm - Hadisə

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinin “F-16” qırıcısı Almaniyanın Reynland-Pfalts torpağındakı Şpanqdalem aviabazası ərazisində qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, insident barədə “Trierischer Volksfreund” qəzeti bir neçə məxfi mənbəyə istinadən məlumat yayıb. İlkin məlumatlara görə, qəza pilotun təyyarəni endirmək cəhdi zamanı baş verib. O, katapult edə bilib, bundan sonra qırıcı Binsfeld və Şpanqdalem arasındakı qolf meydançasına düşüb. Şpanqdalem […]

Hadisə

ABŞ Hərbi Hava Qüvvələrinin “F-16” qırıcısı Almaniyanın Reynland-Pfalts torpağındakı Şpanqdalem aviabazası ərazisində qəzaya uğrayıb.

Əks-səda xəbər verir ki, insident barədə “Trierischer Volksfreund” qəzeti bir neçə məxfi mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, qəza pilotun təyyarəni endirmək cəhdi zamanı baş verib. O, katapult edə bilib, bundan sonra qırıcı Binsfeld və Şpanqdalem arasındakı qolf meydançasına düşüb.

Şpanqdalem aviabazasında “F-16” qırıcılarından ibarət eskadrilya yerləşir.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında eyni ərazidə başqa bir qırıcı qəzaya uğrayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.