İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb.
Əks-səda xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb.
Qərar yuxarıda qeyd olunan insidentdən sonra yaradılan ixtisaslaşmış komissiyanın apardığı araşdırmanın yekunlarına əsasən qəbul edilib.
“Zati-aliləri (baş nazir) Səudiyyə Ərəbistanı Krallığındakı qardaşlarımıza hücumların bu vilayətin hüdudları daxilində yerləşən ərazidən həyata keçirildiyi təsdiqləndikdən sonra (Meysan vilayətindəki) əməliyyatlar komandanının vəzifəsindən kənarlaşdırılması barədə göstəriş verib”, – məlumatda bildirilib.
İraqın Daxili İşlər Nazirliyindən qeyd ediblər ki, qurumun xüsusi təyinatlı bölmələri gizli anbarda 47 dron və onlar üçün 46 döyüş sursatı, həmçinin idarəetmə blokları, akkumulyatorlar və digər müvafiq avadanlıq, materiallar aşkar edərək müsadirə edib.
Faktla bağlı araşdırma aparılır.


