Koreya Xalq Demokratik Respublikası (KXDR) şənbə günü Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.
Əks-səda xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Mərminin növü hələlik müəyyən edilməyib.
Daha sonra ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Komandanlığı Şimali Koreyanın son raket buraxılışı barədə məlumat verib. Bildirilib ki, buraxılış Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmır.
“Biz son raket buraxılışından xəbərdarıq, müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. ABŞ öz ərazisinin müdafiəsini təmin etməyə və regiondakı müttəfiqlərini qorumağa əvvəlkitək sadiqdir”, – hərbçilərin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.


